Bank Of Baku

Goranboya sel suları fərdi təsərrüfatlara dolub, yaşayış məntəqələri elektrik enerjisiz qalıb - FOTO - YENİLƏNİB

Goranboya sel suları fərdi təsərrüfatlara dolub, yaşayış məntəqələri elektrik enerjisiz qalıb - FOTO  - YENİLƏNİB
# 09 sentyabr 2023 17:00 (UTC +04:00)

Goranboyda ötən gün axşam saatlarından başlayan güclü yağış nəticəsində yaranan sel suları bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, sel suları rayonun Qarqucaq, Qazançı, Goranlı, Borsunlu, Qazanbulaq və Gürzallar yaşayış məntəqələrində fərdi təsərrüfatlara dolub, Gürzallar kəndinə gedən avtomobil yolunda hərəkət dayanıb və 37 yaşayış məntəqəsinin (12487 abonent) elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.

Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası ərazilərdə hazırda monitorinqlər aparır, lazımi texnikaları cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.

***

09:52

Güclü yağışdan sonra Goranboya sel gəlib.

APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarında leysan yağışdan sonra rayonun Qazançı, Goranlı və Kürəkçay qəsəbəsinə dağlardan sel suları gəlib. Nəticədə kənd yollarını sel suları yararsız hala salıb.

Ümumilikdə selin törədiyi ziyanla bağlı dəqiq məlumat yoxdur.

Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti höküm sürür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR