Goranboyda minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində xəsarət alanların sayı 6-a çatıb.
APA-nın yerli bürosunun məlumatına görə, qəzada xəsarət alanların 1984-cü il təvəllüdlü A.Əmrahova, 1994-cü il təvəllüdlü D.Məmmədov, 1971-ci il təvəllüdlü E.Rüstəmov, 1991-ci il təvəllüdlü B.Novruzova, 1995-ci il təvəllüdlü A Məmmədov və 1984-cü il təvəllüdlü S.Musayev olduğu bildirilir.
Xəsarət alan şəxslər Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub: "Hazırda 3 nəfərin müalicəsi Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir. Digər 2 nəfərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində xəsarət alan 1 nəfər ilkin tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub".
***
16:32
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində Xan Qərvənd kənd sakini 1971-ci il təvəllüdlü E.Rüstəmovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla, Tərtər sakini 1964-cü il təvəllüdlü S.Musayevin idarə etdiyi “Niva” markalı minik maşını toqquşub.
Qəza zamanı “Mersedes”də olan Goranboy sakinləri - 1982-ci il təvəllüdlü A.Rüstəmova və 1994-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıblar.
Xəsarət alanların olduğu bildirilir.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.