Bank Of Baku

Goranboyda avtomobillə mikroavtobus toqquşub, 6 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Goranboyda avtomobillə mikroavtobus toqquşub, 6 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 09 dekabr 2025 18:44 (UTC +04:00)

Goranboyda minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində xəsarət alanların sayı 6-a çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəzada xəsarət alanların 1984-cü il təvəllüdlü A.Əmrahova, 1994-cü il təvəllüdlü D.Məmmədov, 1971-ci il təvəllüdlü E.Rüstəmov, 1991-ci il təvəllüdlü B.Novruzova, 1995-ci il təvəllüdlü A Məmmədov və 1984-cü il təvəllüdlü S.Musayev olduğu bildirilir.

Xəsarət alan şəxslər Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub: "Hazırda 3 nəfərin müalicəsi Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir. Digər 2 nəfərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində xəsarət alan 1 nəfər ilkin tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub".

***

16:32

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində Xan Qərvənd kənd sakini 1971-ci il təvəllüdlü E.Rüstəmovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla, Tərtər sakini 1964-cü il təvəllüdlü S.Musayevin idarə etdiyi “Niva” markalı minik maşını toqquşub.

Qəza zamanı “Mersedes”də olan Goranboy sakinləri - 1982-ci il təvəllüdlü A.Rüstəmova və 1994-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıblar.

Xəsarət alanların olduğu bildirilir.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR