Bank Of Baku

Goranboyda minik maşını işıq dirəyinə çırpılıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB -3

Goranboyda minik maşını işıq dirəyinə çırpılıb, xəsarət alanlar var - FOTO  - YENİLƏNİB -3
# 01 yanvar 2023 17:01 (UTC +04:00)

Goranboyda baş verən yol-nəqliyyat hadisəsində yaralanan digər şəxslərin də adı bəlli olub.

APA-nın yerli bürosunun məlumatına görə, onlar "VAZ 2106" markalı minik maşının sürücüsü 1989-cu il təvəllüdlü Mətləb Sadıqov, onun övladı 2016-cı il təvəllüdlü Mərhəmət Sadıqovdur.

***

15:13

Xəbərə fotolar əlavə edilib.

***

14:47

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Şəmkir rayon sakinləri 1990-cı il təvəllüdlü Əfsanə Huseynova, 2012-ci il təvəllüdlü Səma Sadıqova, yaşlı qadın Səkinə İsgəndərova və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR