Bank Of Baku

Goranboyda yol qəzasında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Goranboyda yol qəzasında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb  - FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 17 oktyabr 2022 13:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Goranboyda baş verən yol qəzası barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Goranboy rayonunun Veyisli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Daewoo” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində zədələnmiş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

11.52

Goranboyda 3 avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, 3 avtomobilin toqquşması nəticəsində rayonun Kürəkçay qəsəbə sakini 1967-ci il təvəllüdlü Mayis Bağırov ölüb.

Kürəkçay qəsəbə sakinləri - 1939-cu il təvəllüdlü Oruc Orucov, 1950-ci il təvəllüdlü Sahibə Orucova, 1962-ci il təvəllüdlü Ceyhun Əhmədov, 1963-cü il təvəllüdlü Xumar Əhmədova və 2017-ci il təvəllüdlü Dəniz Əhmədova isə xəsarət alıblar.

Xəsarət alanların vəziyyətinin orta ağır olduğu bildirilir.

***

10.55

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. "Mercedes", "Daewoo Nexia" və "Opel" markalı minik maşınlarının toqquşması nəticəsində "Daeweoo Nexia"nın sürücüsü Mayis Bağırov ölüb. Bir neçə nəfərin xəsarət aldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR