Göyçayda 17 yaşlı oğlan həmyaşıdını bıçaqlayıb

Göyçayda 17 yaşlı oğlan həmyaşıdını bıçaqlayıb
# 13 iyul 2024 10:56 (UTC +04:00)

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində Rayonun Mırtı kəndində 17 yaşlı N.N şəxsi münasibətlər zəminində aralarından yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı H.H-ya xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılaraq izahatı alınıb, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.

Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR