Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 29 may 2023 17:34 (UTC +04:00)

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA -nin Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib. "Toyota Prado" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Prado" yoldan çıxaraq kənara düşüb. Hadisə nəticəsində rayon sakinləri - 1993-cü il təvəllüdlü Eminov Vasif Maarif oğlu və 2004-cü il təvəllüdlü Mirzəliyev Vüsal İlqar oğlu xəsarət alıb. Yaralılar təcili yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR