Bank Of Baku

Göyçayda kütləvi dava olub, iki qardaş və daha 3 nəfər xəsarət alıb

Göyçayda kütləvi dava olub, iki qardaş və daha 3 nəfər xəsarət alıb
# 14 fevral 2023 11:25 (UTC +04:00)

Dünən günorta saatlarında Göyçay şəhərində beş nəfər - Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar-Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib. Qeyd olunub ki, dava-dalaş zamanı onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb və həmin şəxslərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR