Bank Of Baku

Göyçayda minik maşını piyadanı vuraraq öldürüb

Göyçayda minik maşını piyadanı vuraraq öldürüb
# 10 noyabr 2024 08:33 (UTC +04:00)

Noyabrın 9-da saat 21 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonunun Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR