Bank Of Baku

Göyçayda traktor velosipedçini vuraraq öldürüb

Göyçayda traktor velosipedçini vuraraq öldürüb
# 12 iyul 2024 18:53 (UTC +04:00)

Göyçayda traktor velosipedçini vuraraq öldürüb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ucar Göyçay yolu istiqamətində olub. İlkin məlumata əsasən, velosipedçi hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyulun 12-də saat 17 radələrində Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi, 1963-cü il təvəllüdlü Soltanov Azad Məhəmmədəli oğlunu vurub. A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR