Göygöldə dəm qazından ölüm faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.
Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Elşad Əliyev kənd ərazisindəki fermada dəm qazından boğulub.
Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.