Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan “KamAZ”-la minik maşını toqquşub.
Qəza zamanı minik maşınında olanlar 1961-ci il təvəllüdlü İnqilab Fərəcov və 1981-ci il təvəllüdlü Xəqani Namazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.