Bank Of Baku

Güclü külək və dolu Balakəndə bir sıra fəsadlar törədib - FOTO

Güclü külək və dolu Balakəndə bir sıra fəsadlar törədib - FOTO
# 07 sentyabr 2023 11:35 (UTC +04:00)

Güclü külək və dolu Balakəndə bir sıra fəsadlar törədib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında ölkənin şimal-qərb bölgəsində keçən qeyri-sabit hava şəraiti Balakən rayonunda da bir sıra fəsadlar törədib.

Rayon Katex kənd inzibati ərazisinin Kombinat yaşayış massivi ərazisinə yağan güclü dolu və güclü külək səbəbindən bir-çox fərdi yaşayış evlərinin dam örtüyü yarasız hala düşüb. Sakinlərin həyətyanı sahəsindəki meyvə ağaclarına, bostan-tərəvəzinə ciddi ziyan dəyib. Güclü külək səbəbindən Balakən şəhəri H. Əliyev prospektində beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünün bir hissəsini dağıdılıb. Şəhər ərazisində iki yerdə irigövdəli ağac yıxılıb. Rayonun bəzi ərazilərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilə yaranıb.

Hazırda rayonun müvafiq təşkilat və idarə nümayəndələri hadisə yerində təmir-təmizlik işləri aparır, dəymiş ziyanın hesablanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR