Bank Of Baku

Gürcüstanla sərhədi pozan şəxslər saxlanılıb - FOTO

Gürcüstanla sərhədi pozan şəxslər saxlanılıb - FOTO
# 20 oktyabr 2022 10:19 (UTC +04:00)

Oktyabr ayının 20-də saat 01:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşları saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin Ağstafa rayonu Poylu Kənd sakini 2003-cü il təvəllüdlü Mirzəyev Aqid Murad oğlu və Yevlax şəhər sakini 2018-ci il təvəllüdlü Bukavadze Şahin Roman oğlu olduğu məlum olunub.

Fakt üzrə araşdırma tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR