Hacıqabulda avtomobil aşıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-1

Hacıqabulda avtomobil aşıb, ölən və yaralananlar var - FOTO  - YENİLƏNİB-1
# 20 noyabr 2023 22:14 (UTC +04:00)

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər. Qəza zamanı 2 nəfərin öldüyü qeyd edilir.

***

21.35

Xəbərə foto əlavə olunub

***

21.08

Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Abdulyan kəndində qeydə alınıb.

“Toyota Prius” markal avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisədə ölən 13 yaşlı uşaqdır. Yaralılar Şirvan xəstəxanaına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR