Bank Of Baku

Hacıqabulda baş vermiş qəzada bir nəfər ölüb - FOTO

Hacıqabulda baş vermiş qəzada bir nəfər ölüb  - FOTO
# 11 iyul 2024 07:57 (UTC +04:00)

Hacıqabulda bir ailənin 3 üzvü qəzaya uğrayıb, onlardan biri ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kamaz markalı avtomobilin aşması nəticəsində Bakı sakini, 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Yasamal rayon sakinləri, 1954-cü il təvəllüdlü Məmmədova Füruzə Əsəd qızı və 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu xəsarət alaraq Şirvan rayon xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR