Bank Of Baku

Hacıqabulda "KamAZ"la TIR toqquşub, xəsarət alan var

Hacıqabulda "KamAZ"la TIR toqquşub, xəsarət alan var
# 03 noyabr 2022 14:48 (UTC +04:00)

Hacıqabulda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 135-ci kilometrliyində, rayonun Muğan qəsəbəsi ərazisində baş verib.

“KamAZ” markalı yük avtomobili ilə TIR-ın toqquşması nəticəsində sürücülərdən biri, Hacıqabul rayonunun Muğan kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Taqət Əhməd oğlu xəsarət alıb. Sürücü ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR