Bank Of Baku

İmişlidə yanğın olub, xəsarət alan var

İmişlidə yanğın olub, xəsarət alan var
# 03 fevral 2026 11:06 (UTC +04:00)

İmişli şəhərində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 250 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İmişli Rayon Mərkəzi Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 04:20 radələrində İmişli rayonu ərazisində baş verən yanğın hadisəsi səbəbilə 1 nəfər (qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, 1961-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin II-III dərəcə termiki yanığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR