Bank Of Baku

İrandan Azərbaycana 6 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 6 kq narkotik keçirilməsinin qarşısı alınıb
# 13 sentyabr 2023 09:58 (UTC +04:00)

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən xəbərə görə, sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 210 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR