Ehtiyatsızlıqdan tanışının ölümünə səbəb olan şəxs tutulub.
İsmayıllı rayon prokurorluğundan APA-ya verilən məlumata görə, sentyabrın 10-da İsmayıllı rayon sakini Ramin Cəfərovun müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1960-cı il təvəllüdlü Şamaxı şəhər sakini Şakir Sadayevin sentyabrın 9-da İsmayıllı rayonunun Ərəgit kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Ramin Cəfərova kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Şakir Sadayev şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
09.16
Sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramin Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Sadayev Şakir Ağasəməd oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.