İsmayıllıda “Toyota Land Cruiser” markalı avtomobilin aşması nəticəsində sürücü ölüb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun Lahıc qəsəbəsi istiqamətində qeydə alınıb.
Avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü həyatını itirib.
***
22:04
İsmayıllıda yol qəzası baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.
Qəzanın təfərrüatları və ölən-yaralananların sayı dəqiqləşdirilir.