Bank Of Baku

İsmayıllıda ev yanıb, xəsarət alan var

İsmayıllıda ev yanıb, xəsarət alan var
# 24 dekabr 2024 09:12 (UTC +04:00)

İsmayıllıda yaşayış evində yanğın hadisəsi baş verib, bir nəfər yanıq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, gecə saatlarında İsmayıllı rayonu Mecəftəran kəndində, kənd sakini 1967-ci il təvəllüdlü İbrahimov İlahət Nurəhməd oğluna məxsus yaşayış evində yanğın hadisəsi baş verib.

Yanğın yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 160 k/m olan yaşayış evi içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı 1994-cü il təvəllüdlü İbrahimov Camal İlahət oğlu yüngül dərəcəli yanıq xəsarəti alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR