Dünən gecə saatlarında yağan güclü leysan yağışları İsmayıllının bir neçə kəndinin elektrik sistemində fəsadlar yaradıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində İsmayıllı şəhəri, Talıstan, İvanovka, Cülyan və daha bir neçə dağətəyi kəndlərdə çox sayda abunəçinin elektrik xətləri qırılıb, dirəklər aşıb.
Hazırda bu istiqamətdə işlər aparılır.