Bank Of Baku

Konstitusiya Məhkəməsinin hakimi vəfat edib

hakim Mahir Muradov

© APA | hakim Mahir Muradov

# 05 yanvar 2023 11:55 (UTC +04:00)

Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib.

APA xəbər verir ki, Mahir Muradov 63 yaşında dünyasını dəyişib.

Məlumatı məhkəmədən APA-ya təsdiqləyiblər. Qeyd olunub ki, hakim bir müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Mahir Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olub.

2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışıb.

16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə «Əməkdar hüquqşünas» fəxri adı verilib.

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR