Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qazax istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə "Muravey" markalı motosiklet toqquşub. Nəticədə 6 nəfər - Bakı şəhər sakinləri, 1993-cü il təvəllüdlü Nərmin Əsəd qızı Bədəlova, 1971-ci il təvəllüdlü Solmaz Əkbər qızı Rzayeva, 2023-cü il təvəllüdlü Səidə Əhməd qızı Bədəlova, 1991-ci il təvəllüdlü Sahib Əhməd oğlu Bədəlov, Kürdəmir rayon sakinləri, 1990-cı il təvəllüdlü Turan Mürşüd oğlu Mirzəyev və 1983-cü il təvəllüdlü Əlvan Əkbər oğlu Cəfərov xəsarətlər alıb.
Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.