Bank Of Baku

Kürdəxanıda "Range Rover"in törətdiyi qəza zamanı avtomobildən 40 min dollar oğurlanıb - VİDEO

Kürdəxanıda "Range Rover"in törətdiyi qəza zamanı avtomobildən 40 min dollar oğurlanıb - VİDEO
# 12 oktyabr 2022 10:34 (UTC +04:00)

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

DİN-dən APA-ya bildirilib ki, araşdırmalar zamanı oğurluğun Sabunçu rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən qəza zamanı baş verdiyi məlum olub.

Qeyd edək ki, oktyabrın 8-də gecə saatlarında Kürdəxanı qəsəbəsi ərazisində yüksək sürətlə hərəkət edən "Range Rover" markalı avtomobilin "KİA" markalı avtomobilə çırpılması zamanı sıxılı vəziyyətdə qalan sürücü Zülfüqar Zülfüqarlı hadisə yerində, 22 yaşlı sərnişini isə bir neçə saat sonra xəstəxanada vəfat edib.

Xəsarət alan digər iki sərnişin xəstəxanaya yerləşdirilib. Hadisə zamanı həlak olan şəxslərin yaxınları qəza baş verən zaman başqa bir avtomobillə gələn şəxslərin zərərçəkmişlərə məxsus 40 min dolları maşından oğurladıqlanını bildirmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR