Bank Of Baku

Laçında ekskavator minaya düşüb - FOTO

Laçında ekskavator minaya düşüb - FOTO
# 13 sentyabr 2023 18:46 (UTC +04:00)

Laçında ekskavator tank əleyhinə minaya düşüb.

APA-nın Qarabağ bürosu verir ki, hadisə rayonun Qazıdərə kəndində qeydə alınıb. Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmadığı, texnikaya ziyan dəydiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün saat 16 radələrində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR