Bank Of Baku

Laçında iki nəfərin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Laçında iki nəfərin minaya düşməsi ilə bağlı araşdırma aparılır
# 21 oktyabr 2022 20:31 (UTC +04:00)

Oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Laçın Rayon Prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR