Bank Of Baku

​​​​​​​Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO

​​​​​​​Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
# 22 iyul 2026 16:03 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.

Cil kənd sakini 1984-cü il təvəllüdlü Ə.Tağıyevin idarə etdiyi "Opel Astra" markalı maşın idarəetməni itirərək yol kənarında kiçik ticarətlə məşğul olan Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab Şərifovu vuraraq yaxınlıqdakı kanala atıb.

Avtompbil daha sonra ağaca çırpılıb.

T.Şərifov kanaldan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb, həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR