Bank Of Baku

Lənkəranda itkin düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB-1 - FOTO

Lənkəranda itkin düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB-1  - FOTO
# 05 iyun 2025 12:48 (UTC +04:00)

Lənkəranda itkin kimi axtarılan 55 yaşlı kişinin meyiti aidiyyəti üzrə təhvil verilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun Horavenc kənd sakini 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Yaxın qohumu Mirəziz Quliyev APA-ya bildirib ki, o, mal-qarasını gətirmək üçün evdən çıxıb: "Axşam mal-qara evə qayıdıb, amma İlhamdan bir xəbər olmayıb. Hamı İlhamın axtarışlarına başlayıb. Bu gün səhər meyitini qayalıqda, kolların arasından tapdıq”.

Faktla bağlı araşdırma davam etdirilir.

İlkin Rzayev

***

10.12

Lənkəranda ötən gündən itkin düşən kişinin meyiti tapılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə aşkarlanıb. Meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

İlkin Rzayev

***

09.53

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Nazirliyikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR