Bank Of Baku

Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb
# 25 noyabr 2024 14:53 (UTC +04:00)

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 3 nəfər - Masallı rayon sakinləri - 1983-cü il təvəllüdlü Bəhruz İmanqulu oğlu Cəfərov, 1955-ci il təvəllüdlü Vəsilə Abdulrza qızı Hüseynova və Lənkəran rayonunun Qumbaşı kənd sakini 1992-ci il təvəllüdlü Hikmət Xanhüseyn oğlu Bəşirov xəsarət alıb.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR