Bank Of Baku

Leysan nəticəsində İsmayıllının bəzi yerlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb

Leysan nəticəsində İsmayıllının bəzi yerlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb
# 07 sentyabr 2023 10:02 (UTC +04:00)

Dünən gecə saatlarında başlayan külək və leysan yağışları nəticəsində İsmayıllıda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, güclü küləklə müşahidə olunan leysan yağışları nəticəsində İsmayıllıda elektrik xətlərində yaranmış nasazlıq səbəbindən rayonun 6 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.

Elektrik enerjisinin bərpası istiqamətində işlər görülür, yaxın 1 saat ərzində enerjinin verilməsi bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR