Abşeronda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Ayxan Hacızadə mənzilində bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Əliyeva saxlanılıb.
Ailənin Yevlax rayonundan gəlib Masazırda kirayədə qaldığı və onların 4 azyaşlı övladının olduğu bildirilir.
Fakt araşdırılır.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov APA-ya bildirib ki, qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Fakt araşdırılır.