Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə oktyabrın 17-də saat 5 radələrində Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxsin orada operator işləyən Bakı şəhər sakini O.Əsədzadəni bıçaqla hədələyib 250 manatını alması barədə müraciət daxil olub.
Bu barədə APA-ya DİN-dən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.