Bakı Metropolitenində oğurluq əməllərinə qarşı tədbirlər davam etdirilir.
DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən 1994-cü il təvəllüdlü Samil Kərimov, 1990-cı il təvəllüdlü Adil Paşayev saxlanılıb.
Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur.
Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir.