Mingəçevirdə gəzinti qayığında yanğında xəsarət alan 10 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Mingəçevirdə gəzinti qayığında yanğında xəsarət alan 10 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
# 16 iyun 2024 10:24 (UTC +04:00)

Mingəçevirdə baş verən hadisə ilə əlaqələr 15.06.2024-cü il tarixində saat 20:20 radələrində 10 nəfər (3-ü qadın cinsli, 7-si kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bu barədə APA-nın TƏBİB-ə verdiyi sorğuya cavab olaraq bildirilib.

Qeyd edilir ki, yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 8 nəfər (3-ü qadın cinsli, 5-i kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabildir.

***

09:29

Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR