Müdafiə Nazirliyin N hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.
Bu barədə Müdafiə Nazirliyindən APA-ya bildirilib.
Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğının başqa ərazilərə keçməsinin qarşısı tezliklə alınıb və qısa müddətdə söndürülüb.Yanğın zamanı xəsarət alan yoxdur.