Bank Of Baku

Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın baş verib - FOTO

Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın baş verib - FOTO
# 27 may 2023 16:08 (UTC +04:00)

Rusiya paytaxtında azərbaycanlı iş adamlarına məxsus "Sadovod" bazarında yanğın baş verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, yanğın hadisəsi "Sadovod" bazarının üç pavilyonunda qeydə alınıb.

Yanğınsöndürənlərin alovu söndürüblər. Yanğın nəticəsində zərərçəkənlər barədə məlumatın olmadığı bildirilib.

Qeyd edək ki, Moskva dairəvi yolunun 14-cü kilometrliyində yerləşən "Sadovod" bazarı yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov, Zarah İliyevin "Kiyevskaya ploşad" şirkətinə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR