Bank Of Baku

Naxçıvan-Bakı reysində təyyarədəki nasazlıq oksigen maskalarının açılmasına səbəb olub

Naxçıvan-Bakı reysində təyyarədəki nasazlıq oksigen maskalarının açılmasına səbəb olub
# 23 oktyabr 2022 20:22 (UTC +04:00)

“Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılmışdır.

APA xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR