Naxçıvanda bıçaqlanma hadisəsi olub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayonu Zeynəddin kəndində qeydə alınıb. Zeynəddin kand sakini, 2005-ci il təvəllüdlü Hacıyev Ayxan Aqil oğlunun həmkəndlisi, 2005-ci il təvəllüdlü Tağıyev Məhəmməd Nail oğlu tərəfindən bıçaqlandığı bildirilir.
Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən Məhəmməd Tağıyev saxlanılıb.
İlkin araşdırmaya görə, hadisə şəxsi münaqişə zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.