Bank Of Baku

Naxçıvanda “NİVA” aşıb, xəsarət alan var

Naxçıvanda “NİVA” aşıb, xəsarət alan var
# 08 sentyabr 2023 19:57 (UTC +04:00)

Şahbuz rayonunda avtomobilin aşması nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Keçili kəndində qeydə alınıb.

"NİVA" markalı avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobilin sürücüsü, Keçili kənd sakini 1992-ci il təvəllüdlü Babayev İbrahim Qedirulla oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR