Bank Of Baku

Naxçıvanda yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO - VİDEO

Naxçıvanda yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO  - VİDEO
# 05 sentyabr 2023 01:18 (UTC +04:00)

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki, sürətlə hərəkət edən 90-ZX-236 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil yolun kənarında dayanan 99-KG-377 dövlət nömrə nişanlı 'Mercedes" avtomobilinə çırpılıb. Nəticədə VAZ-2107 markalı avtomobilin sürücüsü Seyfullayev Özal Səbuhi oğlu və sərnişin Bəşirov Aqil Vəli oğlu xəsarət alıb. Hadisə yerinə dərhal Dövlət yol polisi idarəsinin işçiləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR