Bank Of Baku

Nazir müavini: Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək - VİDEO

Nazir müavini: Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək - VİDEO
# 26 dekabr 2024 19:29 (UTC +04:00)

AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə xilasedicilər, Səhiyyə Nazirliyinin peşəkar həkimlərindən ibarət qrup Aktauya şəhərinə göndərilib.

APA xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini, general-mayor Adil Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda 7 nəfər xəsarət alan şəxs ölkəyə gətirilib:

"Vəziyyəti qənaətbəxş hesab edilən daha 7 nəfər şəxs gətiriləcək və paytaxtın tibb müəssiaələrində onların müalicəsi davam etdiriləcək".

O bildirib ki, 4 nəfərin nəşi də bu gün Bakıya gətiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR