Bank Of Baku

Neftçala sakini güllələnib, həmkəndlisi saxlanılıb

Neftçala sakini güllələnib, həmkəndlisi saxlanılıb
# 01 sentyabr 2023 13:23 (UTC +04:00)

Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1970-ci il təvəllüdlü şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Hüseyin müəyyən edilərək saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR