Neftçalanın Qaramanlı kəndində “VAZ 21011” və “VAZ 21010” markalı avtomobillərin toqquşması nəticəsində Neftçala rayonunun Müşfiq kənd sakinləri - 1949-cu il təvəllüdlü Yusif Əhmədov və 1954-cü il təvəllüdlü Qabil Qurbanov müxtəlif dərəcəli xəsarətlərlə Neftçala rayon xəstəxanasına yerləşdirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1949-cu il təvəllüdlü sürücü Ağayev Seyidağa Böyükağa oğlu isə hadisə yerində ölüb.
***
09:15
Neftçala rayonunun Qaramanlı kəndində qəza olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində Qaramanlı kənd sakini Ağayev Seyidağa Böyükağa oğlu ölüb.
Daha 2 nəfər yaralanıb və Neftçala Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.