Neftçalada yol qəzasında yaralanan sürücü xəstəxanada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, mayın 18-də iki motosikletin toqquşması nəticəsində yaralanan sürücülərdən biri, Bankə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Məmmədov Əli İnqilab oğlu Neftçala rayon xəstəxanasının reanimasiya şöbəsində keçinib.
Qeyd edək hadisə may ayının 18-də rayon mərkəzində qeydə alınıb. Neftçala şəhər sakini, 1954-cü il təvəllüdlü Yusifov Cavanşir Xəlil oğlunun idarə etdiyi motoskilet, Bankə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Məmmədov Əli İnqilab oğlunun idarə etdiyi motosikletlə toqquşub.
Qəza nəticəsində sürücülər ağır bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Faktla bağlı araşdırma aparılır.