Bank Of Baku

“Nicat Lənkəranski”nin silahlı hücuma məruz qalması ilə bağlı məhkəmə başlayıb

“Nicat Lənkəranski”nin silahlı hücuma məruz qalması ilə bağlı məhkəmə başlayıb
# 06 sentyabr 2023 12:26 (UTC +04:00)

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovun silahlı hücuma məruz qaldığı hadisə ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində proses hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilib.

“Nicat Lənkəranski” növbəti proseslərdə iştirak etməkdən imtina edib. O, yalnız baxış iclasında iştirak edəcək. Eyni zamanda, zərərçəkmiş qismində iştirak edən Nicat Əkbərov hadisə ilə bağlı heç bir şikayətinin olmadığını bildirib.

Hazırlıq iclası zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Hadisədə 3 nəfər təqsirləndirilən şəxs qismində iştirak edib.

Məhkəmənin baxış iclası sentyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, “Nicat Lənkəranski” bu hadisədə zərərçəkmiş qismində iştirak etsə də, o, hadisədən bir müddət sonra 234-cü maddə ilə həbs olunub.

Xatırladaq ki, hadisə martın 10-u saat 15 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.

İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə “Nicat Lənkəranski” adı ilə tanınan Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR