Bank Of Baku

Obyekt əməkdaşı: “Yanğının qarşısını operativ aldılar”

Obyekt əməkdaşı: “Yanğının qarşısını operativ aldılar”
# 14 oktyabr 2022 11:31 (UTC +04:00)

“Obyektdə yanğın çox güman ki, qısaqapanmadan baş verib. Səhər kameralara baxanda otağa tüstü yayıldı. Daha sonra partlayış səsi eşidildi, restoranda yanğın başladı. Biz dərhal yanğın söndürmə xidmətinə məlumat verdik”.

APA xəbər verir ki, bunu bu gün Bakının Binəqədi rayonunda ticarət obyektində baş verən yanğınla bağlı jurnalistlərə açıqlamasında obyektin kameralara nəzarət edən əməkdaşı Rayət İmaməliyev deyib.

O bildirib ki, FHN qüvvələri vaxtında hadisə yerinə çatıblar: "Çox operativ şəkildə hadisəyə nəzarəti ələ aldılar və tez bir zamanda yanğını söndürdülər. Birinci mərtəbədə olan mallar təhlükəsiz əraziyə çıxarıldı".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR