Sentyanrın 14-ü saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb, torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Mollalı kənd sakini, 31 yaşlı Pərvin Məmmədov bu gün səhər saatlarında əmisi ilə birgə Oğuz Rayon İcra Hakimiyyətinin Mollalı kənd üzrə nümayəndəliyinə gələrək üç gün əvvəl qətl törətdiyi barədə məlumat verib. Daha sonra o, polisə təslim olub.
***
10.54
Oğuz rayonunda qətl hadisəsi baş verib.
APA-nın şimal-qərb bürosu xəbər verir ki, hadisə rayonun Mollalı kəndi yaxınlığındakı meşəlik ərazidə baş verib. Məlumata görə, Mollalı kənd sakini, 1990-cı il təvəllüdlü Kərimov Toğrul Söhbət oğlu həmkəndlisi, 1992-ci il təvəllüdlü Məmmədov Pərvin Əlfəddin oğlu ilə aralarında yaranan pul borcuna görə, 3 gün əvvəl meşəlik əraziyə gedib, borc məsələsinə aydınlıq gətirmək istəyiblər. Meşədə onların arasında əlbəyaxa dava düşüb. Dava zamanı Toğrul Kərimov qətlə yetirilib. Pərvin Məmmədov meyiti hadisə baş verən ərazidə basdıraraq faktı gizlədib.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.