Oğuzda 37 yaşlı kişi sirkə turşusundan zəhərlənib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayonunun Qumlaq kənd sakini 1986-cı il təvəllüdlü Rəhman Bəxtiyar oğlu Hacıyev zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.
Müayinə zamanı R. Hacıyevin ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərləndiyi məlum olub. R.Hacıyevə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.
Faktla bağlı araşdırma aparılır.